İNANILMAZ HADİSƏ – Xəyanət edərkən sevgilisi öldü, ərindən...
Hindistanın Banqalor şəhərinin Karnataka sakini cinsi əlaqə zamanı ölən
sevgilisinin meyitindən xilas olmaq üçün ərindən yardım istəyib. Qlobal.net “Indian Express”ə istinadən xəbər verir ki, 67 yaşlı iş adamı 35 yaşlı
ev xanımı ilə romantik münasibətdə olub. Kişi qohumlarına gəlinini
ziyarətə getdiyini deyərək məşuqəsinin yanına gedib. Lakin bu görüş onun
düşündüyü kimi romantik yox, faciəvi notlarla başa çatıb. Yaşlı adam
epilepsiya tutması keçirib və nəticədə dünyasını dəyişib. Evli xanım
adının ləkənəcəyindən qorxaraq ölüm barədə müvafiq xidmətlərə məlumat
verməyib. Əvəzində ərinə və qardaşına zəng edərək kömək istəyib. Üçü
birlikdə meyiti plastik torbaya yığaraq boş yerə atıblar. Hadisə iş
adamının yaxınları onun itkin düşdüyünü elan etdikdən sonra məlum olub.
Polis onun telefon danışıq tarixçəsini yoxlayıb və iş adamının bir
məşuqəyə baş çəkdiyini öyrənib. Polis qadını dindirərkən o, hadisəni
etiraf edib. Bu əməlinə onların münasibətləri barədə heç kimin bilməsini
istəmədiyini səbəb gətirib.
Hüquq-mühafizə orqanları qadının iddialarının doğruluğunu yoxlamaq üçün araşdırma aparır. (afn.az)