Abşeron rayonunda 17 yaşlı gənc imtahandan az bal topladığı üçün evi tərk edib.
Qlobal.net qafqazinfo.az-a istinadən xəbər verir ki, 21 avqust 2007-ci il təvəllüdlü Mustafayev Hilal Hidayət oğlu 03.04.2024-cü il tarixində Ceyranbatan qəsəbəsində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Məlumata görə, Hilal evi tərk etməzdən öncə məktub yazıb. O, bu hərəkətinə ötən gün nəticələri açıqlanan imtahandan aşağı bal toplamasını səbəb göstərib.
Hilalı görən şəxslərin bu nömrə ilə əlaqə saxlaması xaiş olunur: 0557082431