İmmunitet sistemi — bədəni infeksiyalardan qoruyan, eyni zamanda öz hüceyrələrinə qarşı müdafiə edən mürəkkəb orqan, hüceyrə və protein şəbəkəsidir.
Qlobal.net bildirir ki, bu sistem qarşılaşdığı hər mikrobu yadda saxlayır ki, həmin mikrob bədənə yenidən daxil olduqda onu tanıyıb məhv edə bilsin. İmmunitet sistemi həm soyuqdəymə və qrip kimi yüngül viruslara, həm də xərçəng kimi ciddi xəstəliklərə qarşı mübarizə aparır.
Sağlam həyat tərzi, immunitetinizi gücləndirməyin ən effektiv yollarından biridir. Bununla yanaşı, balanslı və sağlam qidalanma da immunitetin güclənməsində mühüm rol oynayır. Vitamin və mineral baxımından zəngin sitrus meyvələri, ispanaq, qırmızı bibər və zəncəfil kimi faydalı qidaları mütəmadi şəkildə istehlak etmək immun sistemini möhkəmləndirə bilər.
İmmunitet sisteminizi möhkəmləndirmək və xəstəliklərə qarşı daha dözümlü olmaq üçün bir neçə yol var. Bunlardan biri də sağlam və faydalı qidaların istehlakıdır. Bol meyvə-tərəvəz, yağsız protein, tam taxıllar, az yağlı və ya yağsız süd məhsulları immunitetin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Aşağıda sizə bu sahədə faydalı olan bəzi qidaları təqdim edirik:
Soyuqdəymə zamanı bir çox insan C vitamininə üz tutur. Bu vitamin immunitet sistemini gücləndirir və infeksiyalarla mübarizə aparan ağ qan hüceyrələrinin istehsalını artırır.
Qırmızı bibər portağaldan üç dəfə çox C vitamini ehtiva edir. Eyni zamanda beta-karotenlə zəngindir. C vitamini sağlam dərini dəstəkləyir, beta-karoten isə göz və dəri sağlamlığına töhfə verir.
A, C və E vitaminləri, lif və antioksidantlarla zəngin olan brokkoli, ən sağlam tərəvəzlərdəndir. Ən yaxşı fayda üçün az bişmiş şəkildə istehlak edilməlidir. Tədqiqatlara əsasən buxarda bişirmək vitaminlərin qorunması üçün ən yaxşı üsuldur.
Sarımsaq həm ləzzət verir, həm də min illərdir tibbdə istifadə olunur. Allisin kimi kükürd tərkibli maddələr sayəsində immuniteti gücləndirir, damar sərtliyini azaldır və yüksək təzyiqi nizamlaya bilir.
Zəncəfil iltihabı azaldır, boğaz ağrılarını yüngülləşdirir, ürəkbulanmanı azaldır və xolesterolu aşağı sala bilər. Xroniki ağrıların yüngülləşdirilməsində də təsirlidir.
İspanaq yalnız C vitamini ilə deyil, həm də beta-karoten və antioksidantlarla zəngindir. Az bişirildikdə qidalandırıcı xüsusiyyətləri qorunur.
Yoğurt immunitet sistemini gücləndirir və xəstəliklərlə mübarizədə kömək edir. Sade və ev şəraitində hazırlanmış yoğurtlar, xüsusilə D vitamini ilə zəngin olduğu üçün daha faydalıdır.
E vitamini C vitamini qədər diqqət çəkməsə də, immunitet sistemində mühüm rola malikdir. Badem həm E vitamini, həm də sağlam yağlarla zəngindir. Yarım stəkan badem gündəlik E vitamini ehtiyacının demək olar ki, hamısını qarşılayır.
Günəbaxan tumları fosfor, maqnezium və B6, E vitaminləri ilə zəngindir. E vitamini immun sisteminin funksiyalarının qorunmasında vacibdir. Tərkibində həmçinin selen də var.
Zərdəçal iltihab əleyhinə təsiri ilə tanınır və illərdir oynaq ağrılarında istifadə olunur. Kurkumin adlı maddə əzələ zədələrinin bərpasına və mikroblarla mübarizəyə kömək edir.
Yaşıl və qara çaylar flavonoidlər kimi antioksidantlarla zəngindir. Yaşıl çaydakı EGCG antioksidantı immuniteti gücləndirən təsirlərə malikdir.
Kiçik papaya meyvəsi gündəlik C vitamini ehtiyacını tam qarşılayır. Tərkibindəki papain fermenti həzm sisteminə kömək edir. Kalium, maqnezium və folatla da zəngindir.
Kivi C vitamini, kalium, K vitamini və folatla zəngindir. C vitamini immun hüceyrələrini gücləndirir, digər maddələr isə ümumi bədən funksiyalarını dəstəkləyir.
Toyuq və hinduşka B6 vitamini ilə zəngindir. B6 vitamini bir çox bədən funksiyası üçün vacibdir. Toyuq suyunda həmçinin bağırsaq sağlamlığına faydalı maddələr var.
Çox da məşhur olmasa da, bəzi dəniz məhsulları immuniteti dəstəkləyən sinklə zəngindir. Lakin gündəlik dozanı keçmək olmaz – kişilər üçün 11 mg, qadınlar üçün 8 mg sink kifayətdir.
A, C, D, E vitaminləri, selen və sink kimi vitamin və mineralların kifayət qədər qəbul edilməsi sağlam immunitet sistemi üçün vacibdir. Bu vitaminlərin çatışmazlığı immunitetin zəifləməsinə və infeksiyalara qarşı müdafiənin azalmasına səbəb ola bilər.
İmmunitet sistemi bədəni xəstəliklərdən, xüsusilə də xroniki xəstəliklərdən qoruyan müdafiə sistemidir. Onu gücləndirmək üçün aşağıdakı məsləhətlər faydalıdır:
Sağlam və balanslı qidalanın
Fiziki aktiv olun
Sağlam çəki saxlayın
Stresi azaldın
Kifayət qədər yatın
Siqareti tərk edin
Alkoqoldan uzaq olun
Ev şəraitində güclü immunitet üçün elmi əsaslı metodlar:
Sağlam və balanslı qidalanma
Mütəmadi idman
Kifayət qədər su içmək
Yaxşı və kifayət qədər yuxu
Stresi minimuma endirmək
Fidan
Qlobal.net