"Dünyanın 30-dan çox ökəsinə səyahət etmişəm. Bunlar işlə bağlı olub. İstirahətə getmək qiymət baxımından bahadır.
Qlobal.net xəbər verir ki, bu sözləri Əməkdar artist İlkin Əhmədov "Günə bax" verilişində deyib.
Müğənni istirahət qiymətlərinin bahalığından şikayətlənib:
"İmkanım var, amma xəcalətimdən gedib istirahət edə bilmirəm. Utanıram. Başqası baxıb deyəcək ki, xalq bunu dolandırır, pulu var. Amma elə edə bilərlər ki, hamı istirahətə gedə bilər. Niyə bayram ərəfəsində səyahət bahalaşır? Niyə həftənin son günü qiymət qalxır?".