İmişlidə qəzada ölən 10 yaşlı Məhbubənin FOTOSU
İmişlidə qəzada ölən 10 yaşlı Məhbubənin FOTOSU
Xəbər verdiyimiz kimi, İmişlidə baş verən yol qəzasında xəsarət alan məktəbli Bakıda xəstəxanada dünyasını dəyişib.
Qlobal.net xəbər verir ki, 2015-ci il təvəllüdlü Əlizadə Məhbubə Coşqun qızı bu gün doğulduğu Yalavac kəndində dəfn olunacaq.
Məhbubə ailədə 5 uşaqdan sonuncusu idi. Onun anası Vahidə Əlizadə Məhbubənin hələ bir yaşı tamam olmamış – 10.02.2016 tarixində xəstəlikdən vəfat edib.
Qeyd edək ki, hadisə nəticəsində 3 məktəbli ölüb, YPX avtomobilinin sürücüsü isə xəsarət alıb. (Unikal)