23.07.2021
11:22
120

İmişli və Kürdəmirdə karantin qaydalarını pozan restoran sahibləri CƏRİMƏLƏNDİ

Loading...

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, adı çəkilən şadlıq sarayında keçirilən toy mərasimində icazə verilən həddən artıq 200 nəfər qonağın iştirak etməsi müəyyən olunub.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının inzibatçısı E.Usubov 4 000 manat, toy mərasiminin təşkilatçısı S.Şıxəliyev isə 400 manat məbləğində cərimə olunub.

Kürdəmirdə keçirilən tədbirlər zamanı toy mərasimlərində iştirak edən şəxslərin COVID-19 pasportları da yoxlanılıb. Peyvənd olunmayan şəxslər məclislərə buraxılmayıb.

Tədbirlər zamanı qayda pozuntusuna aşkar edildiyi saraylarda obyekt sahibləri barədə qanunamüvafiq tədbirlər görülüb.

Qeyd edək ki, bir neçə gün öncə karantin rejimi qaydalarını pozduqlarına görə “Miraj” və “Nicat” şadlıq evlərinin hər ikisi ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən 4000 manat cərimə olunub.

Loading...