İllərdir Təranənin evində işləyən qadın görün nələr danışdı: Hər gecə 12-də... - VİDEO
"Heç kəs Təranə xanım kimi evində işçi saxlamaz".
Qlobal.net titul.az-a istinadla xəbər verir ki, bunu "Günaydın Azərbaycan" verlişində Təranə Qumralın
ailəsi ilə birgə efirə gətirdiyi evinin işçisi olan yaşlı qadın deyib.O,
evində çalışdığı ilk gündən bu vaxta kimi bir dəfə də Təranə Qumralla
hər hansı bir problem yaşamadığını, ona öz anası kimi münasibət
bəslədiyini efirdə açıqlayıb: "Təranə xanım məni dünyanın hər
yerini gəzdirib. Qoymayıb mən fikir edim. İki yerdən pensiya alıram, bir
hökümətdən, bir də Təranə xanımdan (gülür). Hər gecə 12-də mənə zəng
edir ki, "Necəsən, nə var nə yox? Səsin bir cürə gəlir. Bəlkə pulun
yoxdur?". Deyirəm var, puluma nə gəlib. Mənim bir çöpümü də bir adam
almır, hamısın Təranə xanım alır".Müğənninin evində çalışan qadının açıqlamalarının ardını videodan izləyə bilərsiniz: