6399dd4fb6720202212222727
İllər sonra valideynlərindən QİSAS ALDI: onları döyüb, əzab verdi

İngiltərədə 40 il əvvəl onu internat məktəbinə göndərdiyinə görə valideynlərini döyən bir kişi məhkəmə qarşısına çıxarılıb.

Qeyd olunur ki, 51 yaşlı Ed Lins aprel ayında qoca valideynlərinin evinə gələrək onları şiddətli döyüb, nəticədə kişinin atası beyninə qan sızıb, həkimlər onun kürəyində əzilmə və şişlər qeydə alıblar.

 Kişi bunu belə izah edib, valideynləri onu oğlanlar üçün internat məktəbinə oxumağa göndərib və bu ona dözülməz iztirablar verib.

Araşdırma zamanı məlum olub ki, Lins uzun müddət bizneslə məşğul olmağa çalışsa da, buna nail ola bilməyib, ona görə də o, kişinin münasibətləri gərgin olan ata və anasından davamlı olaraq pul tələb edib.

Valideynlərinə edilən hücumdan sonra Lins həbs edilib və ona psixiatrik müayinəyə təyin olunub. Həkimlər onun azad oluna biləcəyinə qərar verənə qədər o, ixtisaslaşdırılmış müəssisədə saxlanmağa məhkum edilib.

Kişi sağlamlığa ağır xəsarət yetirməkdə və valideynlərinə hücum etməkdə təqsirli olduğunu etiraf edib. (azmedia)

14.12.2022 18:25
show 394