Cəmiyyət

İlkin Süleymanovun vəkili saxlanıldı

Gəncə şəhərində tanınmış vəkil Zabil Qəhrəmanov saxlanılıb.

Qlobal.net xəbər verir ki, vəkil Zabil Qəhrəmanovun ötən gün Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Vəkil Zabil Qəhrəmanov xuliqanlıqda ittiham olunur.

APA-nın əldə etdiyi məlumata görə, o, avtoyuma məntəsində bir nəfərlə mübahisə edərək ona xəsarət yetirib.

Qeyd edək ki, bu hadisədən bir müddət əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən verilmiş qərarla Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti 6 ay müddətinə dayandırılmışdı.

Xatırladaq ki, Z.Qəhrəmanov Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun vəkilidir.

Related Articles

Leave a Reply

Back to top button