Aparıcı və aktyor İlkin Həsəninin bloqer həyat yoldaşı Aysel yeni fotosessiyası ilə diqqətləri üzərinə cəmləyib.
Qlobal.net bizim media-ya istinadla xəbər verir ki, hamiləliyinin sonuncu aylarını yaşayan televiziya ulduzunun xanımı dəniz sahilində romantik şəkillər çəkdirib.
Aysel sözügedən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Bloqer xanım paylaşımına "İlk hamiləliyimdə hər şey o qədər tez olmuşdu ki, fotosessiya edə bilməmişdim. Bu dəfə yadigar qalsın deyə etdik bir şeylər" şərhini yazıb.
Qeyd edək ki, İlkin və Aysel cütlüyünün Alisa adlı bir qız övladı var.