657957c209dad202312230538
İlhamə Quliyevanın mirası necə bölünüb? - “5 bacı yığışıb 6 yerə böldük”

"İlhamə Quliyevanın ölümündən sonra bir çoxları niyə Orxanın varis olmadığını müzakirə etdilər. Gülbahar Quliyeva doğma bacısı olmasa da, qanunla varisidir. Dövlət İlhamə Quliyevaya mənzil vermişdi. İlhamə Quliyeva oranı satmırdı ki, Tükəzban xanımın muzeyi edəcəyəm. Həmin evin qiyməti yarım milyondur".

Qlobal.net Axşam-a istinadla xəbər verir ki, bunu aparıcı Tarix Əliyev "O üz" proqramında deyib.

O, mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxana miras çatmamasından söz açıb: "Mal bölgüsü zamanı bacılar deyiblər ki, həmin ev Orxana verilsin. Amma Orxan qəbul etməyib".

İ. Quliyevanın bacısı Gülbahar Quliyeva isə Orxanın mirasdan özü imtina etdiyini açıqlayıb: "Biz oturub dedik ki, beş bacıyıq, miras altı adam arasında bölünəcək. Orxana dedim ki, sənə ev də, maşın da verəcəyik. Dedi, yox, durdu, getdi. Orxan Azərbaycanda məhkəmə qoymadı. 2 ildən çox İlhamənin evində oturdu, axırda çıxmalı idi. 15 nəfər komisiya ilə gedib evi aldım. Bütün məhkəmələri uduzdu, ondan sonra əl çəkdi. Hələ də İlhamənin bir maşını Orxandadır. Orxan bütün mirası istəyirdi, məhkəmə də onu varis kimi tanımadı".

13.12.2023 11:04
show 469