Bu sözləri Xalq artisti Flora Kərimova qonaq olduğu “O üz” verilişində deyib.
Sənətkar onunla düşmən mövqeyində olan mərhum Xalq artisti
İlhamə Quliyevadan söz açıb. Kərimova ilk dəfə Quliyevaya “rəhmət”
diləyib: “Sən, İlhamə, kimə sataşırdın? Ona yenə də deyirəm, eybi yox, “Ay
rəhmətlik”. Qızım Zümrüd yanıma qısılırdı. Onun o zaman 6,5 yaşı vardı.
Mən onun mənə etdiklərinin hansını danışım və deyim ki, “Allah İlhaməyə
rəhmət eləsin”? Ancaq mən İlhamənin etdiyi qələti ömrümdə etməzdim. Sən
məndən yaxşı müğənni deyilsən”.
Flora xanım mərhumun bacısı Gülbaharın “yaxşı bacı” olduğunu desə də, İ.Quliyeva haqqında belə düşünmədiyini vurğulayıb: “Bacısı Gülbahar İlhamənin xasiyyətindən xəbərdar idi. Gülbahar çox
yaxşı bacı idi. Ancaq sən, İlhamə, onlara yaxşı bacı olmusanmı?” (bizimmedia)