Site icon Qlobal.Net

İlham Rəhimov-Rəbiyyət Aslanova nikahı sifariş idi – Bu şəxsi vəzifədə irəli çəkmək üçün

90aafdf7 8ecb 4731 9f88 19520d282646

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsi də daxil olmaqla, ağır ittihamlarla cinayət təqibi başlayandan və məhkəmə tərəfindən istintaq müddətində ev həbsi qətimkan tədbiri seçiləndən sonra uzun illər ölkənin rəhbərliyində təmsil olunan bu şəxs haqda müxtəlif faktlar, şahidlərin açıqlamaları yayılmaqdadır.

Bakupost.az xəbər verir ki, bunlardan birini də Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün paylaşımı olmuşdu.

O bildirmişdi ki, 2005-ci il parlament seçkilərində Ramiz Mehdiyevin birbaşa təzyiqi ilə onun namizədliyi məhkəmə tərəfindən ləğv edilmiş, nəticədə Rəbiyyət Aslanova Balakəndən deputat seçilmişdi (Osman Gündüz vaxtilə Balakən rayonunun icra başçısı vəzifəsində işləyib və Balakən rayonunda da anadan olub. Rəbiyyət Aslanova isə Kəlbəcərdəndir).

Bunun ardınca isə daha bir iddianı siyasətçi Cahandar Bayoğlu ortaya atıb. O iddia edib ki, vaxtilə Putinin dostu və tələbə yoldaşı İlham Rəhimovla Rəbiyyət Aslanova arasında baş tutan nikah əslində Rusiya xüsusi xidməti ilə FETÖ-nün siyasi izdivacı imiş. Belə ki, bütün bunlar Ramiz Mehdiyevin icraçılığı ilə reallaşdırılan qlobal proje olub, əsas məqsəd isə R.Aslanovanın həmin vaxt 35 yaşında olan və PA-da şöbə müdiri vəzifəsində çalışan oğlu Elnur Aslanovun siyasi olimpə doğru irəliləyişini təmin etmək imiş.

Bu iddianı təsdiqləyənlər arasında sabiq millət vəkili Fərəməz Novruzoğlu da var. O da bu izdivacın “siyasi”, Rusiya və FETÖ arasında gerçəkləşən razılaşmanın məntiqi sonluğu olduğunu vurğulayıb. Xatırladıb ki, bu məsələni hələ 2023-cü ildə gündəmə gətirib.

Qeyd edək ki, İlham Rəhimov və Rəbiyyət Aslanova 2012-ci ildə evlənmişdilər. Onların bu nikahı bir neçə ay çəkmişdi.

Exit mobile version