66c097af79f37202408242935
İlham Əliyevin general rütbəsi verdiyi hərbçilər KİMDİR

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" Sərəncam imzalayıb. 

Sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnikləri Bəhman Babayev, Əyyub Məmmədov və Nəsib Mirzəyevə “general-mayor” ali hərbi rütbəsi verilib. 

Bəhmən Babayev Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiridir. O, əvvələr DSX-nin "Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışıb.  turbo az mercedes

Əyyub Məmmədov Dövlət Sərhəd Xidmətinin (DSX) Kadrlar Baş İdarəsinin rəisidir. O, 2020-ci ildə Prezidentin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 

Nəsib Mirzəyev Çevik Hərəkət briqadasının komandiridir. O, Prezident İlham Əliyev tərəfindən “Zəfər” ordeni, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. (modern.az)

17.08.2024 13:00
show 359