17.03.2021
22:13
1933

İlham Əliyevin fəxri ad verdiyi Oleq Əmirbəyovun valideynləri GÖRÜN KİM İMİŞ - FOTOLAR

Loading...

Prezident İlham Əliyev Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Qlobal.net xəbər verir ki, fəxri ad alanlar siyahısında aktyor Oleq  Əmirbəyov da var.

Azərbaycan teatr və kino aktyoru, televiziya aparıcısı olan Oleq Arnoldoviç Əmirbəyov 16 dekabr 1986-cı ildə Bakı şəhərində anadan olub.

Azərbaycanın əməkdar artistləri Arnold Xarçenko və Rita Əmirbəyovanın ailəsində anadan olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini dram rejissorluğu ixtisası ilə bitirmişdir. 2010-cu ildən bəri Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir.

O, həmçinin «AzTv» və «Mədəniyyət» kanallarında televiziya aparıcısı olaraq çalışmışdır. Buna əlavə olaraq, Əmirbəyov 2008-2009-cu illərdə «Mir» telekanalının müxbiri vəzifəsində çalışmışdır.

Evlidir. Cəmil adlı bir oğlu var.


Loading...