64eadc4ba5f3d202308231659
İlham Əliyev komitə sədrinə irad tutdu - VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olublar və burada kənd sakinləri ilə görüşüblər.

Görüş zamanı dövlət başçısı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə irad tutub.

Belə ki, çay kənarına çəkilən istinad divarı Prezidentin diqqətindən qaçmayıb. Bu zaman ölkə başçısı komitə sədrinə bildirib ki, çaya da giriş olmalıdır:

“Mən baxıram, siz divarı belə bütöv çəkmisiniz, insanlar çaya yaxınlaşa bilmirlər, siz girişlər edin. Siz müxtəlif yerlərdə açın bu divarları ki, belə pilləkən düzəldin, yaxud da belə geniş olsun ki, insanlar çaya yaxınlaşa bilsinlər”.

27.08.2023 09:16
383