ildırım
İldırım DƏHŞƏT YAŞATDI: çox sayda xəsarət alan var

Çexiyanın şimalındakı Liberets şəhərində ildırım çaxması nəticəsində 15 nəfər xəsarət alıb.

Qlobal.net CTK-yə istinadla xəbər verir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanları məlumat yayıb.

“Vratislavicedəki Liberec Saray Parkında ildırımın yerə düşməsi nəticəsində 15 nəfər xəsarət alıb”, - məlumatda deyilir.

Polisin məlumatına görə, qurbanlar arasında beş uşaq da var. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. İnsanlar xəstəxanalara aparılıb. Zərərçəkənlərdən bəziləri reanimasiya edilməli olub.

Təcili yardım maşınları ilə yanaşı, xilasedici helikopterlər də cəlb edilib. (publika.az)

03.06.2024 07:15
show 222