18.01.2021
07:51
0

İlan zəhərinin komponenti KORONAVİRUSDAN QORUYUR

Loading...


Rusiyalı bioloqlar, insanın hüceyrə kultunu gürzələr və digər ilanların zəhərində olan və fosfolipaza ailəsinə daxil edilən fermentlərdən istifadə edərək yeni növ koronavirus infeksiyasına yoluxmaqdan qoruyublar.


Qlobal.net xəbər verir ki, “Report”un məlumatına görə, təcrübələrinin ilkin nəticələrini əks etdirən məqalə “bioRxiv” elektron elmi kitabxanası tərəfindən nəşr edilib.


Rusiya Elmlər Akademiyasının Bioorqanik Kimya İnstitutunun laboratoriya müdiri Yuri Utkinin rəhbərlik etdiyi rusiyalı alimlər bir neçə növ gürzənin zəhərindən PLA2 molekullarını çıxararaq quruluşlarını təhlil ediblər və SARS-CoV-2-yə necə təsir edəcəyini araşdırıblar.


Məlum olub ki, ilan zəhərinin bütün formaları bu və ya digər formada hüceyrə kultunda virusun çoxalmasının qarşısını alıb. Ən effektli Nikolski gürzəsinin zəhəri olub. Zəhər təkcə koronavirusu məhv etməyib, hətta hüceyrə səthindəki reseptorlarla əlaqə qurmasının qarşısını alıb.


Nikolski gürzəsinin əsas yayılma arealı Rusiya Federasiyasının Avropa hissəsi və Ukrayna və Rumınya ərazisidir.

Loading...