photo_99904326
İlahiyyatçılar arasında QARŞIDURMA “Elşad Miri potensial Adnan Oktardır”

“Görünür, Elşad Miriyə qurşaqdan yuxarı qeyrət deyil, ona görə də ona rahatdır. Qurşaqdan yuxarı ağlı, abırı olmayanın, qurşaqdan aşağı qeyrətinə sahib çıxa bilməməsi çətin məsələdir”.

Bu sözləri “Yeni Sabah”a ilahiyyatçı Təyyar Hüseynli Elşad Mirinin onun açıqlamasına verdiyi şərhə cavab olaraq deyib.

“Elşad Mirini ilahiyyatçı hesab eləmirəm. Ona kimsə ilahiyyatçı olduğunu deyibsə, aldadıb. Elşad Miriylə Adnan Oktarın müqəddəratı eyni olacaq. Elşad Miri potensial Adnan Oktardır. Mən onu müsəlman hesab etmirəm. Vaxtilə Adnan Oktara da önəm vermədilər. Nəticə də bəllidir. Elşad islam dinində təsadüfi adamdır. Onun əqidəsi islam əqidəsi deyil.  

“Mən hörmətli, Elşad Miri hörmətsiz kişidir”

Mən hörmətli, Elşad Miri hörmətsiz kişidir. O, mənim dediyim qeyrət münasibətinə fərqli yanaşıbsa, olduğu yer sual altındadır. Hər şey Quranda yazılmalıdır? Bu Qurana aid olan mövzu deyil ki, Allah onu nazil eləsin. Bunu müzakirə edən ilahiyyatçı yox, lap kim olsa belə, həmin adamın psixikasında problem var. O, bütün mövzulara Quranla yanaşır. Sanki, hər şey Quranda yazılmalıdır. 

Onun Rəsulzadə qəsəbəsində qohumlarının yas məclisində olmuşam. Məni ora axund kimi dəvət etmişdilər. O da ordaydı. Əgər, normal ilahiyyatçı deyiləmsə, niyə orda etirazını bildirmədi?

Bu adamla 2003-cü ildə Solmaz Əmirlinin  verilişində müzakirələr aparırdıq. Elə o vaxtdan  Harun Yahyanın (Adnan Oktar) fikirlərini Osmanlı türkcəsindən tərcümə edirdi. Mən onda Hz. Əli məscidinin axunduydum”.

“Ona islamdan danışmağı qadağan edirəm”

Təyyar Hüseynli deyib ki, o titullu din xadimidir: “Diplomumda da axund, imam, ilahiyyatçı, dinşünas yazılıb. Bu haradan çıxdı?  Özünü din xadimi bilən “Quranda çimərlikdə dənizə getməklə bağlı ayə yoxdur” kimi yanaşırsa, nəsə danışmağa haqqı yoxdur.  

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və ya Qafqaz Müsəlmanları İdarəsi bu şəxslə bağlı tədbir görməlidir.  Masazırda tanıdığım ağsaqqal var. Prezidentə bunun sərsəm dini fikirləriylə bağlı müraciət edib. Müraciətinin də əsası odur ki, ictimaiyyət qarşısında “Quranla başqa kitablarda nə fərq var?” deyib. Belə ilahiyyatçı olar?! Əgər, Elşad Miri Quranla başqa kitablar arasında fərqi bilmirsə, Allah adamı deyil. Bu adamın yaşam tərzinə baxanda da onun islamla heç bir əlaqəsi olmadığını görürsən. Bu adam birmənalı şəkildə dini mühitdən getməlidir.

Mən ona din xadimi kimi islamdan danışmağı qadağan edirəm.

Bu sənin atanın dini deyil! Quranla başqa kitablarda fərq görməyən insan üçün çöl də bayır kimidir. Bu adam QMİ-nin sədrinə və Hacı Şahinə də söz atmışdı. Bununla bağlı heç bir tədbir görülmür. Onu kim danışdırır? 

O Adnan Oktar olmamış, qarşısını almaq lazımdır. Pənah Hüseynlə debatda ölən şəxslərə “Yasin” oxunmamalı olduğunu, demişdi”.

30.07.2022 14:58
315