63e3645b0ac6b202302235907
Türkiyədə baş verənlər qiyamət əlamətidir? - İlahiyyatçı AÇIQLADI

Türkiyənin Kahramanmaraş, Hatay, Diyarbakır, Adana, Kilis, Osmaniye və Malatya ərazilərində baş verən dəhşətli zəlzələ bu əraziləri yerlə-yeksan etdi. Sözügedən ərazilərin dronla çəkilən görüntüləri adətən xarabalığı xatırladır. Bir çoxları qardaş ölkədə baş verənlərin qiyamətin əlaməti olduğunu deyir. Onların düşüncəsinə görə, artıq qiyamət yaxınlaşır.

İlahiyyatçı Elşad Miri  müsahibəsində səslənən fikirlərə münasibət bildirib.

İlahiyyatçının sözlərinə görə, İslam dinində “qiyamətin əlaməti” anlayışı sonradan çıxarılan bir məsələdir: “Bununla insanları qorxu içində saxlamağa çalışırlar. Bütün dinlərdə buna şahid ola bilərik. Əslində isə insanın qiyaməti onun ölümüylə başlayır. “Qurani-Kərim”də qiyamətlər bağlı ayələri açıb, tərcüməsinə baxa bilərsiniz. Qiyamət bəşəriyyətin həlakından sonra insanların dirildilərək sorğu-sual olunmalarıdır…”


08.02.2023 12:57
show 2895