667a59d017710202406244656
Azərbaycanda məşhur ilahiyyatçı saxlanıldı - 11 yaşlı qıza təcavüz edib - FOTO

İlahiyyatçı Hacı Salman Kamiloğlu saxlanılıb.

Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinir. 

Belə ki, Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. 

İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı əxlaqsızlıq edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.

Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Hacı Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.

25.06.2024 09:46
show 4308