667a78a5f11c3202406245829
İlahiyyatçı azyaşlını belə aldadıbmış - Xoş sözlər deyərək maşına mindirib və... - ŞOK

İlahiyyatçı hacı Salman Kamiloğlunun azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməsi ilə bağlı yeni detallar məlum olub.

Qlobal.net bizim.media-ya istinadən bildirir ki, azyaşlı Ağsu rayonunda yaşayırmış və həmin vaxt dayısıgilə qonaq gəlib. 

Yolda qızın oynadığını görən ilahiyyatçı ona xoş sözlər deyərək, maşına mindirib və yarımtikiliyə aparıb. Daha sonra həmin ərazidə ona əxlaqsız hərəkətlər edib. Qız qışqıraraq kömək istəyib, azyaşlının dayısı oğlu dərhal hadisədən xəbər tutub və valideynlərini çağırıb.

Azyaşlının dayısı polis çağırıb və hacı Salman saxlanılıb.

25.06.2024 11:57
show 2363