05.01.2022
19:35
204

İlahə İbadova: "Ərim hamilə olanda məni döyürdü, nəslimi söyürdü" - FOTO

Müğənni İlahə İbadova şəxsi həyatı ilə gündəmə gəlib.


QLOBAL.NET BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi müsahibələrindən birində ayrıldığı həyat yoldaşından danışıb. İbadova ərinin ona şiddət göstərdiyini, hamilə olanda belə onu döydüyünü deyib:


"2009-cu ildə ailə həyatı qurdum. Uşağım 4 aylıq olanda məcburən boşandım. Hazırda qızım Ayanın 5 yaşı var. O vaxt evimizə çox elçilər gəlirdi. Musiqiçi olduğum üçün müğənni ilə ailə həyatı qurdum. Ailəm buna razı deyildi. Sadəcə düşündüm ki, məni başa düşəcək. Ailə qurduqdan sonra gördüm ki, bunların istəyi başqadır. Tez-tez məni döyürdü.


Bir dəfə də verilişdən çıxanda maşında döymüşdü. Televiziyada işləyən operatorladan biri məni onun əlindən aldı. Hamilə olanda da məni vururdu. Qucağımda uşaqla da yenə də döyürdü. Hər gün bütün nəslimi söyürdü. Axırda ondan bezdim və ayrıldım".


İ.İbadova 13 il əvvəl özü kimi musiqiçi olan Mirsalehlə ailə həyatı qurmuşdu.