643bc49561a3b202304234909

İkinci dəfə ərə getmək istədi, anası ilə məhkəməlik oldu - Sumqayıtda QƏRİBƏ OLAY

Sumqayıtda ana qolunu buran qızından polisə şikayət edib.

Qlobal.net "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsindəki fərdi evdə baş verib.

Belə ki, ana qızının ikinci dəfə nigah qurmasına etiraz edib və bu da onlar arasında mübahisəyə səbəb olub. Hadisədən sonra 1987-ci təvəllüdlü Aida (şərti) anası Laləzarı (şərti) evindən qovub. Bundan əsəbləşən Laləzar qızının barəsində qanuni tədbir görülməsi üçün polisə şiakyət edib. İş məhkəməyə göndərilib.

Aida məhkəmə ifadəsində bildirib ki, onun ailə qurmasına qardaşları və yaxın qohumları etiraz etməsə də, anası nikahına razı olmayıb. Bu səbəbdən də münasibətləri pozulub. Aida anasını döymədiyini, barışmağı xahiş etdiyini bildirib. Qeyd edib ki, anasının məqsədi onu evdən çıxararaq, mənzili satmaq olub. O, həmçinin bildirib ki, evi onun üçün anası almayıb. Keçmiş ərinin qızına göndərdiyi aliment pulu və maaşı, həmçinin qohumlarının köməkliyi ilə alıb.

Məhkəmə iclasında iştirak edən Laləzar bildirib ki, Aidənin yaşadığı evi onun adına özü alıb. İki yaşından nəvəsini o saxlayıb. Hazırda qızı ailəli bir şəxslə həmin mənzildə yaşayaraq, onu öz mənzilində yaşamağa qoymur. Bu səbəbdən məcbur qalaraq oğlunun evində yaşayır.

Laləzar qeyd edib ki, həmin gün paltarlarını götürmək üçün evinə gəlib. Bu zaman qızı onun qolunu buraraq, evdən çıxardıb. Laləzar qızını bağışlamadığını bildirib və onun qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş edib.

Məhkəmənin qərarı ilə Aidə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinib və 300 manat cərimə edilib.                             

16.04.2023 13:46
show 534