İki Xalq şairinin incikliyindən yaranan musiqi – “Əziz dostum” mahnısının taleyi

Azərbaycanın türk dünyasındakı ən məşhur mahnılarından biri “Əziz dostum” mahnısıdır.
Qlobal.net mahnının yaranma tarixi ilə bağlı materialı təqdim edir:
Xalq şairi Səməd Vurğun dünyanın görkəmli şairləri, yazıçıları ilə dostluq etmiş, onların evində qonaq olmuşdu. Belə şairlərdən biri də Dağıstanın xalq şairi Rəsul Həmzətov idi. Onların münasibəti ilə bağlı bu fakt dostluqlarının necə dərin köklərə dayandığını göstərir:
“Bir gün Səməd Vurğun Dağıstana dostu Rəsul ilə görüşməyə gedir. Məclis əsnasında S.Vurğunun xətrinə dəyirlər və şair dostundan incik halda geri qayıdır. Uzun müddət dostundan xəbər ala bilməyən R.Həmzətov onun incidiyini anlayır. Daha sonra şairdən üzr istəmək qərarına gəlir və bu məqsədlə Bakıya yollanır. Lakin təəssüf ki, onunla görüşə bilmir. Çünki Səməd Vurğun artıq ölüm yatağında idi. 1956-cı il mayın 27-də Səməd Vurğun vəfat edir. Bu küsülülük, əbədi ayrılıq Rəsul Həmzətovun qəlbində dərin iz qoyur və həmin iz bu gün hamımızın sevərək dinlədiyi “Əziz dost” mahnısının sözlərinə çevrilir”.
Qeyd edək ki, “Əziz dost” şeirinin tərcüməsi Tofiq Bayrama, mahnının musiqisi Qulu Əsgərova məxsusdur.
Bu da maraqlıdır: Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün ölüm əmri verilən qəhrəman
Murad Məmmədli
Qlobal.net