xəstə
İki qardaş dəhşətli qəzaya düşdü, biri öldü

İsmayıllıda minik avtomobili yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var.

Qlobal.net report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində, 2000-ci il təvəllüdlü Abuzər Azər oğlu Dəmirov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Onun qardaşı, 2005-ci il təvəllüdlü Nurlan Azər oğlu Dəmirov və 1989-cu il təvəllüdlü Müşfiq Rza oğlu Abbasov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

02.06.2024 13:25
show 403