"My Music" otelində zəhərlənən dörd dostdan ikisinin ölməsi, ikisinin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi müzakirələrə səbəb olub. İctimaiyyət gənclərin həm özlərinin, həm də atalarının yüksək vəzifədə işlədiyini qeyd edərək onlara sui-qəsd təşkil edildiyini iddia edib.
Lakin zərərçəkənlərin ailə üzvləri onların oteldə verilən göbələkdən zəhərləndiklərini bildiriblər. Bundan başqa, ailə Nicat Cabbarlı və Xəzər Cabbarlının spirtli içki içmədiyini bildirib.
Əgər hər şey ailənin dediyi kimidirsə, otel sahibi məsuliyyətə cəlb oluna bilərmi?
Mövzunu Globalinfo.az-a şərh edən vəkil Elçin Sadıqov deyib ki, əgər gənclərin oteldə yediyi göbələkdən zəhərləndiyi sübuta yetirilərsə, otel sahibi məsuliyyətə cəlb olunacaq.
Ətraflı videoda: