əsgər

İki əsgərimiz HƏLAK OLDU

Azərbaycan Ordusunun hərbi qulluqçusu avtomat silahdan açılmış atəş nəticəsində həlak olub.

Bu barədə Respublika Hərbi Prokurorluğu məlumat yayıb.Məlumata görə, oktyabrın 24-ü saat 11 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər 1999-cu il təvəllüdlü Kazımov Mayıl Ramiq oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Naxçıvan MR Hərbi Prokurorluğunda araşdırma aparılır.

***

Cəlilabadda əsgərin intiharı faktı araşdırılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, 2003-cü il təvəllüdlü əsgər Murad Şahbazovun oktyabrın 23-də yaşadığı Cəlilabad rayonu, Günəşli kəndində özünü asaraq intihar etməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır

24.10.2022 20:02
show 630