zəlzələ

İdmançının meyiti dağıntılar altından tapıldı - VİDEO

Türkiyədə baş verən zəlzələ zamanı dağıntılar altında qalan “Yeni Malatyaspor” klubunun qapıçısı Ahmet Eyüp Türkaslan həyatını itirib.

Bu barədə klubun keçmiş prezidenti Adil Gevrek məlumat verib.

O bildirib ki, Ahmet Eyüp Türkaslanın həyat yoldaşı dağıntılar altından sağ çıxarılsa da, futbolçu üçün bu mümkün olmayıb.

Uzun axtarışlardan sonra onun cansız bədəni dağıntılar arasında tapılıb.

 

 


06.02.2023 20:12
show 594