ğır atletika idmanında öz çəkisi üzrə Azərbaycan birincisi olan Fazilə İmanova efirdəki hərəkəti ilə hər kəsi təəccübləndirib.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, öz gücünü nümayiş
etdirmək üçün idmançı xanım "İncə səhər" verilişinə qonaq gəlib.
Fazilə sözügedən proqramda çıxış edən "Cahan" qrupunun solisti Cahid
Əlibəyovu qucağına alıb və studiyada gəzdirərək gücünü göstərə
biləcəyini dilə gətirib.
Cahid buna əvvəlcə razı olmasa da, daha sonra razılaşıb. Proqramda qonaq
olan Əməkdar artist Vasif Məhərrəmli Cahidi qucağına alıb və Fazilənin
yanına aparıb. Bundan sonra Fazilə Cahidi qucağına alaraq onu studiyada
gəzdirib.
Efirdə yayımlanan həmin anları sizə təqdim edirik: