658fe2330b72f202312232611

İdman zalına paltarsız gələn modelə kişilər belə reaksiya verdi - VİDEO

Model və yayımçı Natali Reynolds geyim əvəzinə bədən boyası ilə kişilərin idman zalına gələrək, qeyri-adi sosial eksperiment keçirib. Orada olan kişilərdən biri narazılığını bildirib və qızdan getməsini istəyib.

Qlobal.net sfera.az-a istinadən bildirir ki, Natali Reynoldsun qısa videosu sosial şəbəkə istifadəçiləri tərəfindən də çox sərt tənqid edilib.
"Əgər heç nə geyinmirsənsə, buradan getməlisən, xanım" - deyən kişilərdən birinə Natali:

"Mən geyinmişəm" cavabını verib.

Kişi əyləncə sənayesində kifayət qədər uzun müddət işlədiyini qeyd edərək, icazəsiz çəkiliş etməməyi xahiş edib.

X sosial şəbəkəsində yayımlanan bu qısa video internet istifadəçiləri tərəfindən də sərt şəkildə tənqid edilib.
"Bu adam 100% haqlı idi"

"Oğlan haqlıdır. Təsəvvür edin ki, bir kişi idman zalında belə gəzir, onu qovarlar və ömürlük idman zalından istifadə etmək qadağan edilər".

"İdman zalı idman etmək üçündür, boyalı paltarları nümayiş etdirmək üçün deyil. Qadına idman zalı, ömürlük qadağan edilməlidir."

"VİP-lərin əlindən bezmişik. Mühafizə ilə dolaşır və toxunulmaz olduqlarını düşünürlər".

Elə həmin gün Natali sosial şəbəkələrdə bəhanələr uydurmağa başladı. Qız gimnastika büstqalteri və üzgüçülük şalvarı geyindiyini iddia edir.

"Niyə hamı sanki mən çılpaq olmuşam kimi reaksiya verir? Bir çoxları idman zalında belə şalvar geyinir. Amma mənə verdikləri reaksiya sanki dünyanın sonudur"-deyən model təəccüblənib və oxşar eksperimentlər edən başqa bir bloqqerin videosunu paylaşıb.



30.12.2023 13:25
show 7437