Şahmat üzrə Dağıstan çempionatında qeyri-adi hadisə yaşanıb.
Qlobal.net xəbər verir ki, Mahaçqaladakı şahmat evində yarış başlamazdan əvvəl iştirakçılardan biri rəqibinin masasına naməlum maddə töküb.
Ardınca o, mayeni şahmat parçası ilə stolun üzərinə yayıb.
Bundan sonra lövhədə oturan rəqib şahmatçı yarış zamanı zəhərlənib və xəstəxanaya çatdırılıb. Kameralara baxıldıqdan sonra təşkilatçılar tərəfindən polisə müraciət edilib. (sfera.az)