"İctimai TV" bu serialın yayımı üçün məşhur aktrisaya 114 min ödəyəcək
İctimai Televiziya və Radio Yayımları Şirkəti ("İctimai TV”) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Qlobal.net açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki,
"İctimai TV”nin keçirdiyi tender müsabiqəsinin qalibi "SFN Production”
MMC (VÖEN - 1306962721) olub.
Qeyd edək ki, "İctimai TV” "Simurq" serialının 12 seriyasınımn
yayımlanma hüququ üçün "SFN Production” MMC-yə 114 000 manat (hər seriya
üçün 9 500 manat) ödəyəcək.
Məlumat üçün bildirək ki, "SFN Production” MMC 13.01.2021-ci ildə
dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, İsmayılbəy
Qutqaşınlı, ev 99C-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat
təşkil edir. MMC-nin qanuni təmsilçisi tanınmış aktrisa Sevinc
Əliyevadır.
Onu da qeyd edək ki, "Simurq" serialının "İctimai TV"dəki yayımı
ötən ilin oktyabr ayında başa çatıb. Dövlət Satınalmalar Portalında
yerləşdirilən məlumatda isə qeyd olunur ki, tender müsabiqəsinin icrası
bu ilin iyun ayında başlayıb, gələn ilin iyun ayında başa çatacaq.
Onu da bildirək ki, aktrisa Sevinc Əliyevanın rəhbərlik etdiyi "SFN
Production” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən vergi borcu
var.