64ce25bcb9c6e202308233436
İcra başçısı özünə yarım milyonluq maşın aldı - FOTO
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev özünə yeni avtomobil alıb.
Qlobal.net "Unikal"a istinadla bildirir ki, icra başçısının yeni avtomobili 450 min manat dəyərində olan "Range Rover"dir.
Elnur Rzayev 90-DK-500 dövlət qeydiyyat nişanlı yeni maşınını qayınatası Hacıyev Sərdar Mehdi oğlunun adına rəsmiləşdirib.
Avtomobili Xaçmaz Rayon İcra Hakimiyyətində baş mütəxəssis – sürücü vəzifəsində çalışan Musayev Anar Sabir oğlu etibarnamə əsasında idarə edir.


05.08.2023 14:34
show 1150