27.01.2021
10:49
0

İcra başçısı DTX-nin həbs etdiyi müavinin yerinə onu təyin etdi

Loading...



Ağstafa Rayon İcra Hakimiyyətində yeni təyinat olub.


Qlobal.net-in Unikal.org-a istinadən məlumatına görə, bununla bağlı RİH-nin başçısı Seymur Orucov əmr imzalayıb.


Əmrə əsasən, Müşfiq Hüseynov Ağstafa RİH-nin başçısının birinci müavini vəzifəsinə təyin edilib.


Qeyd edək ki, Ağstafa RİH-nin başçısının keçmiş birinci müavini Ramiz Tatarov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə həbs olunub.

Loading...