640b1aaacf8ae202303235522
Azərbaycanda içməli suyun qiyməti bahalaşa bilər - AÇIQLAMA

Əhaliyə içməli su maya dəyərindən aşağı satılır.

Qlobal.net Trend-ə istinadən xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, tariflər normal olsa, "Azərsu" ASC daha rentabelli fəaliyyət göstərə bilər.

"Tariflərin gələcəkdə artırılması üçün biz də təşəbbüslə çıxış etmək istəyirik", - sədr müavini qeyd edib.

10.03.2023 15:55
show 457