xuraman

İçki məclislərinə gedəcəyini deyən müğənniyə ŞOK SÖZLƏR: Başındakı hicabdan utan!

Uzun illərdir, hicaba keçən müğənni Xuraman Şuşalı bundan sonra içki məclislərinə də gedəcək.


Qlobal.net xəbər verir ki, o, bu barədə “Rəngarəng” verilişində açıqlama verib.

 

“On bir il içki məclislərinə getmədim. Artıq gedirəm. Ancaq xına məclislərinə buna görə gedirdim ki, içki yoxdur. İndi xına məclislərində də o içkilər rahat-rahat içilir və buna qadağa edə bilmirəm. Fikirləşirəm ki, daha içki varsa, elə gedim toylarıma. Hər kəs bilir ki, zamanında Moskvaya, hər yerə toylara gedirdim. Toy meydançasına bir toyu başdan-ayağa idarə edən xanım idim. Hər xanım məclisi əvvəlindən sonuna qədər idarə edə bilmir. Təkrarən geri dönmüşəm” – X.Şuşalı qeyd edib.

 

Müğənni açıqlamasına görə sosial şəbəkələrdə linç edilib.

İzləyicilər "Başındakı hicabdan utan", "Hicabı çıxart, nə edirsənsə, et", "Allahın haram buyurduğunu sən özünə necə halal edə bilərsən axı?" kimi şərhlər yazaraq tənqid ediblər.


06.04.2025 17:07
show 428