İbrahim Tatlısəsdən üzücü xəbər - "Dua edin"
"İmperator" ləqəbi ilə tanınan və illərdir media və əyləncə dünyasının ən məşhur simalarından biri olan İbrahim Tatlısəs 14 mart 2011-ci ildə Türkiyədə silahlı hücuma məruz qalmışdı.
Qlobal.net bildirir ki, uzun müddət davam edən əməliyyatlar və müalicələrdən sonra sağalmağa başlayan Tatlısəs həmin dövrdə qismən iflic keçirmişdi. Məşhur müğənninin səhhətinin yenidən pisləşdiyi və yeriməkdə çətinlik çəkdiyi məlum olub. Tatlısəs sosial mediada etdiyi paylaşım ilə sevənlərindən dua istəyib.
Son zamanlar Tatlısəsin səhhətində pisləşmə müşahidə edilir. Yeriməkdə çətinlik çəkən sənətçi, fizioterapevti ilə yenidən müalicə prosesinə başlayıb.
Tatlısəs bu vəziyyəti sosial media paylaşımı ilə sevənlərinə bildirib və dualarını əsirgəməmələrini xahiş edib.
Fidan
Qlobal.net