6572061e4de59202312235126
Hüseynlə Aqşin əsirlikdən xilas edilir - Razılaşma əldə olundu

Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub.

Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Qlobal.net Qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilərin isə Bəbirov Aqşinlə Axundov Hüseyn olduğu heç kimə sirr deyil.

Hər iki hərbçimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşüb. Onlar daha sonra Ermənistan tərəfindən əsir götürülüb və hərbçilərimizə qarşı saxta ittihamlar irəli sürülüb.

07.12.2023 21:50
387