Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ATV-də yayımlanan "Rəngarəng səhər" verilişini sərt şəkildə tənqid edib.
Qlobal.net bizim.media-ya istinadən bildriir ki, musiqiçi bu haqda qonaq olduğu "İncə səhər" proqramında danışıb.
Məhəmmədoğlu üzünü aparıcı Vüsalə Əlizadəyə tutaraq bildirib ki, ad
çəkmədən qonşu kanalda yayımlanan verilişdə aparıcıların qonaqların
geyiminin qiymətini soruşması xoşagəlməz haldır: : "Vüsalə inanıram ki, sizin verilişinizdə əynimdə geyindiyim geyimi
neçəyə və haradan almısan kimi suallar olmayacaq. Onsuz da mən elə
verilişlərə getmirəm. Elə verilişlərdən də qaçıram. Bilirəm ki, sizin
verilişiniz səviyyəlidir. O verilişə çıxanlar isə yalandan geyimlərinə 4
minə almışam deyir.
İnanırsınız, əynimdə gördüyünüz bu kostyumu "talkuçka"dan almışam. Əsas
odur ki, mənim sənətim bahalıdır. Ucuz sənəti olanlar geyimlərinin
qiymətini baha deyirlər. Mən düzünü danışıram".
Hüseynin bu sözlərinə isə Vüsalə "Bizdə elə suallar qonağa verilmir. Sən
səhv salmısan bizi başqa verilişlə. Bizi niyə qana salırsan. Nəyimə
lazımdır qonağın geyimi", deyə münasibət bildirib.