65e579b3a4720202403243515
Hüseyn bunu ona edənə 10 milyon verəcək
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı videobloger və iş adamı Hüseyn Həsənov evlənmək üçün pul xərcləyəcək. 
Qlobal.net
xəbər verir ki, bu haqda Hüseyn sosial şəbəkə hesabında məlumat verib. 
Həsənov onu gələcək həyat yoldaşı ilə tanış edənə 10 milyon rubl (təxminən 18500 manat) pul verəcəyini bildirib: “Bu tanışlıq bu ay içində, martın sonuna kimi baş verməlidir. Özünüz düşünün, bu tanışlığı necə edəcəksiniz”. 

Qeyd edək ki, Hüseyn Həsənov bir sıra müsahibələrində evlənəcəyi qızın anası kimi onun sevdiyi yemək olan “pomidor yumurta”nı yaxşı bişirməsini və dırnaqlarının ideal vəziyyətdə, fransız manikür olmasını istədiyini açıqlayıb. 



04.03.2024 11:34
show 816