Cəmiyyət

“HTC” klinikasından narazılıq – “Əməliyyatdan sonra hərəkət edə bilmirəm” – FOTO

Daha bir vətəndaş keçirdiyi plastik əməliyyata görə klinikadan və həkimdən narazıdır.

Qlobal.net bildirir ki, milli.Az-a müraciət edən vətəndaş Gülbəniz Qasımova bildirib ki, 2024-ci ilin aprel ayında Nizami rayonu ərazisində yerləşən “HTC” klinikasının (HTC Cliniva Hospital) həkimi olan Rauf Xəlilovun sosial şəbəkələrdə plastik əməliyyatla bağlı paylaşdığı reklamların qurbanı olub.

Uğursuz abdominoplastika əməliyyatı keçirdiyini bildirən Gülbəniz Qasımova ödənişi edən zaman ona çek verilmədiyini də qeyd edib:

“Əməliyyatdan sonra çox pis fəsadlar oldu, ağrılarım hələ də var, əmək fəaliyyətimi də itirmişəm. Gün ərzində normal hərəkət edə bilmirəm, amma əməliyyatdan əvvəl yaxşı idim”.

Məsələ ilə bağlı həkim Rauf Xəlilov isə bildirib ki, xanım göbək yırtığı və qarın sallanmasından əməliyyat olub:

“Vətəndaşın iddiaları həqiqəti əks etdirmir. Bununla bağlı kamera görüntüləri, telefon qeydləri də araşdırıla bilər”.

Bir sözlə, həkim əməliyyatın uğurlu olduğunu bildirərək özünə haqq qazandırıb.

Zərərçəkmiş isə hazırda sağlamlığına tam qovuşmaq üçün həkimdən əməliyyatın ödənişin istəyir ki, başqa klinikada yenidən müalicə olunsun.
mm

Related Articles

Leave a Reply

Back to top button