Maraqlı

Hitlerin dəhşətli planı – Qüsursuz, sarışın qadınlar tapılır, yeni insan növü yetişdirilirdi

1935-ci ildə, Hitler tərəfindən idarə olunan Almaniyada “Lebensborn” (Həyat Mənbəyi) adlı bir proqram fəaliyyətə başladı.

Qlobal.net xatırladır ki, bu proqramın qurucusu və ideoloji ilhamçısı Hitlerin ən yaxın silahdaşlarından biri – Heinrich Himmler idi. Lebensborn proqramına görə, gələcəkdə böyük bir Ari millətinin təməlini təşkil edəcək uşaqların valideynləri sağlam, mavi gözlü, sarı saçlı olmalı və üçüncü nəsildə də saf Ari qanı daşımalı idilər. Belə bir birlikdən doğulacaq uşaq da eyni cür – mavi gözlü və sarı saçlı olmalı idi. Gələcəyin dünyaya hökm edəcək insanı, nasist elitasının gözündə bu şəkildə görünməliydi.
1674295669 326268170 899617341460013 92102337712378788 n Hitlerin dəhşətli planı - Qüsursuz, sarışın qadınlar tapılır, yeni insan növü yetişdirilirdi

Bir uşağın dünyaya gəlməsi üçün valideynlərin evli olması belə şərt deyildi. Sadəcə hamiləlik və doğum kifayət edirdi. Ana, nasist liderlər üçün qızıldan daha qiymətli olan bir “meyvəni” – yəni uşağı – təcrübəli həkimlərin nəzarətində, müəyyən gün və saatda doğurdu. Ana istəsə, uşağa özü baxa bilərdi. Əgər ata SS zabiti idisə, o zaman ana yaxşı bir maddi yardım da alırdı. Və ya, əgər ata yazılı razılıq verərdisə, uşaq xüsusi sığınacaqlardan gələn tərbiyəçi qadınlara verilirdi və daha sonra “yeni nizamın” ideoloji prinsiplərinə uyğun olaraq yetişdirilməsi üçün ailələrə təhvil verilirdi.

Lakin reallıq çox fərqli idi. Dövlətin bu proqramı başlatmasının əsas səbəbi, Almaniyada doğum nisbətinin durmadan azalması idi. Nasistlər, SSRİ ilə qarşıdurmanın qaçılmaz olduğunu düşündükləri üçün ordunun gücünü artırmaq məqsədilə ciddi tədbirlər görürdülər. Qadınlar əgər gələcəyin əsgərlərini dünyaya gətirməsəydi, o zaman müharibəni kim aparacaqdı? Alman tarixçi Volker Koop-un federal arxivlərdə tapdığı sənədlərə əsasən, Himmler Almaniyada yayılmış “abort epidemiyasını” dayandırmaq istəyirdi. İldə 600 min hamiləliyin sonlandırılması çox böyük rəqəm idi. Bu səbəbdən, qadınların sakit şəkildə doğuş edə biləcəyi və sonra uşaqları dövlətdən gələn təhsil üçün təhvil verəcəkləri xüsusi doğum mərkəzləri qurulmağa başlandı. “Uşağı Fürerə verin!” şüarı ilə, bütün Alman qadınları bu dövlət proqramına aktiv şəkildə qatılmağa təşviq edildi. Artıq evli olmadan hamilə qalmaq belə şərəf sayılırdı. Əgər atası bir SS əsgəri idisə – daha da böyük şərəf.
1674295691 325866449 559310016255135 5105604412054069771 n Hitlerin dəhşətli planı - Qüsursuz, sarışın qadınlar tapılır, yeni insan növü yetişdirilirdi

Yeni doğulan uşaq isə qeyri-adi bir “xaç suyuna salma” mərasiminə məruz qalırdı. Bu mərasimdə ana, nasist ideologiyasına sadiqlik andı içir və körpənin adından Fürerə təriflər söylənirdi. Lakin nasistlər əsl Ariləri çox az tapdılar. İkinci Dünya Müharibəsi başladıqdan və Alman qoşunları Avropanı işğal etməyə başladıqdan sonra, başqa ölkələrdən də “uyğun” uşaqlar axtarmağa başladılar.

Skandinaviya ölkələrinin qadınları – xüsusilə Norveçlilər – gələcəyin nasist rəhbərləri üçün ən perspektivli analar sayılırdı. Keçmiş vikinqlərin nəslindən olan bu qadınlar, Ari meyarlarına uyğun gəlirdilər. Bu proqramın bəzi “müsbət” nəticələri də oldu – norveçli qadınlar, seçilmiş alman əsgərlərindən minlərlə sarışın oğlan və qız uşağı dünyaya gətirdilər. Sonra isə proqramın daha da genişləndirilməsi təklif olundu. Belə ki, işğal altındakı bölgələrdə çox sayda sarışın uşaq var idi. Onları Almaniyaya gətirib orada tərbiyə etmək nəticə etibarilə müsbət olacaqdı. Beləcə, işğal olunmuş torpaqlarda Ariyə bənzəyən uşaqlar tutulmağa başlandı. Valideynlər adətən öldürülür, uşaqlar isə xüsusi düşərgələrə aparılır, diqqətlə yoxlanılır və meyarlara cavab verənlər Almaniyaya göndərilirdi. Digərləri isə qaz kameralarında öldürülürdü.

Bu gün Çex Respublikasının Lidice şəhərində Lebensborn proqramının qurbanı olan uşaqların xatirəsinə abidə var. 1942-ci ildə buradan 105 uşaq Lodz şəhərindəki keçid düşərgəsinə aparıldı. Onlardan yalnız 13-ü seçildi – 40 oğlan, 52 qız idi. Bu uşaqlardan biri – Maria Dolezhalova-Şupikova – sonralar belə dedi: “Mən və ailələrə verilən bir neçə uşaq, yeni anamıza və atamıza minnətdar idik. Sağ qalmağımıza sevinirdik. Bizə yaxşı davranırdılar. Lidicedən çıxarıldıqdan sonra yerləşdirildiyimiz yetimxanalarla müqayisədə burası daha yaxşı idi.”

Mariyaya “Ingeborg” adı verilmişdi və 1946-cı ilə qədər bu adla yaşadı. Rəsmi sənədlər yalnız insan haqları müdafiəçilərinin köməyi ilə tapıldı və o, bu yolla əzabkeş anasını tapdı. Anası müharibə zamanı həbs olunmuş və toplama düşərgəsində idi. Qızı onu tapanda, qadın iflic olmuşdu. 1947-ci ildə, 15 yaşında Mariya Nürnberq məhkəmələrində şahid kimi çıxış etdi və Lebensborn proqramının dəhşətlərindən danışdı.

Bəzi uşaqlar isə yalnız illər sonra, həqiqətən kim olduqlarını öyrəndilər. Volker Hayneke də onlardan biri idi. Uzun illər boyu özünü alman bilən bu adam, təsadüf nəticəsində Lebensborn proqramının uşaqlarından biri olduğunu öyrəndi. Bir gün mərhum atasının arxivlərini araşdırarkən, atasının və anasının əsl ailəsi olmadığını göstərən sənədlər tapdı. O, əslində Krımdan qaçırılmış sarışın, mavi gözlü bir uşaq imiş. Volker araşdırmalarını davam etdirdi və öyrəndi ki, onun əsl adı Aleksandr Litau idi.

SS-in sənədlərinə görə, o, Krımın Kommunar kəndində keçirilən bir hərbi əməliyyat zamanı əsir götürülmüşdü. Daha sonra isə Almaniyaya gətirilib, SS üzvü Adalbert Haynek tərəfindən övladlığa götürülmüşdü. Adalbert, Lebensborn evlərindən birində bu üç yaşlı oğlanı görəndə dərhal onu övladlığa götürmək istəmişdi. Rəsmən onun sağlıq problemi səbəbindən bu mümkün deyildi. Amma Adalbert varlı və nüfuzlu adam idi. Hətta Himmlerlə toyuqçuluq haqqında söhbət edərək onu razı salmışdı. Nəticədə, Himmler bu uşağın rəsmi şəkildə ailəyə verilməsini təmin etdi.

Volkerin övladlıq atası Adalbert onun uğurlu gələcəyi üçün hər şeyi etmişdi. Ona Londrada uğurlu bir broker şirkəti miras qalmışdı. Volkerin ailəsinə qarşı heç vaxt kin saxlamadığı, onlara həqiqi sevgi duyduğu bildirilir.

Lakin Nasist Almaniyası süqut etdikdən sonra, bu “istəmədən Ari olmuş” uşaqlar və onların anaları ağır cəzalarla qarşılaşdılar. Xüsusilə Norveçdə – SS əsgərləri ilə münasibətdə olmuş qadınlara “alman fahişəsi” damğası vurularaq gizli düşərgələrə göndərildi, alçaldıcı işlərə məcbur edildilər. Uşaqlara isə “nasist piçləri” və “siçanlar” deyilirdi. Hətta onların gələcəkdə nasist irsini davam etdirməmələri üçün sterilizasiyası belə təklif olunmuşdu. Bu uşaqlar döyülür, təhqir olunur, zorlanırdılar.

Harriet von Nickel – 1941-ci ildə alman zabiti ilə əlaqəyə girmiş norveçli qadın – illər sonra belə ağır alçaldıcı münasibətə məruz qaldı. O, 4 yaşında ikən övladlığa verildiyi ailə tərəfindən it kimi zəncirlə bağlanmışdı. 6 yaşında kəndlilər onu suya ataraq cadugər olub-olmadığını yoxlayırdılar. 9 yaşında isə alnına faşist simvolu – svastika kəsilmişdi.

Bu səbəbdən, bir çox uşaq travmalar, utanc və özlərini günahkar hiss edərək böyüdülər. Lebensborn uşaqları arasında intihar halları, adi insanlar arasında olduğundan 20 dəfə çox idi. Onların bir çoxu spirt və narkotikdən asılı, cəmiyyət üçün təhlükəli fərdlərə çevrilirdi.

Lebensborn proqramına neçə uşağın daxil olduğu hələ də dəqiq bilinmir. Bəzi mənbələr 5,500, bəziləri 12,000 rəqəmini göstərir. Neçə uşaq Almaniyada doğulub, neçə nəfər işğal olunmuş torpaqlardan oğurlanıb – bu, hələ də sirrdir. Amma Volker Hayneke, hələ də əsl ailəsinin taleyini bilmək istəyir və bu məqsədlə Krımı belə ziyarət etmişdi. Ola bilsin ki, o, qəbir belə tapsın. Amma bu insanlar bir vaxtlar Ari xülyasını reallaşdırmaq üçün zorla və qəsdən qaçırılmışdılar.

Murad
Qlobal.net

Related Articles

Bir cavab yazın

Back to top button