"Hiss" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Röya Məmmədova "Mokko" markalı nəqliyyat vasitəsi ilə qəza törədib.
Qlobal.net xəbər verir ki, sözügedən video sosial şəbəkədə yayılıb.
Hadisə arxada gedən "Mercedess" markalı avtomobilin qeydiyyat kamerası tərəfindən qeydə alınıb.
Görüntülərdə dönmə işığını yandırmayan sənətçi qəza şəraiti yaradaraq
yolda üç avtomobilin toqquşmasına səbəb olub. Diqqət çəkən məqamlardan
biri isə "Hiss"in avtomobilinin digər nəqliyyat vasitələrindən daha az
ziyan dəyməsi olub.