Hindistan-Pakistan müharibəsi - Kim daha güclüdür?

Hindistan-Pakistan müharibəsi - Kim daha güclüdür?

Hindistan Pakistan müharibəsində say texnologiya ilə yarışır.

Pakistan tərəfi müharibədən çəkinir. Çünki Hindistan ilə müqayisədə bütün silah növləri üzrə ən azı 2 və ya 3 dəfə geri qalır.Pakistan tərəf bu zəifliyi aradan qaldırmaq üçün nüvə texnologiyalarını, ballistik raket və sualtı qayıqları və dron texnologiyasını inkişaf etdirib.Hələlik bəlli olan budur ki, Pakistan Hindistan hava sahəsində hava hədəflərini dəqiqliklə izləyə və məhv edə bilir. Bu Pakistan tərəfinin C4ISR (Command, Control, Communications, Computers, Intelligence, Surveillance, və Reconnaissance üçün qısaltma)qabiliyyətlərinin Hindistandan daha üstün olması deməkdir. Pakistan üçün hava sahəsi daha şəffafdır. Onlar Hindistanın hava sahəsində atdığı addımları öncədən görə bilirlər.Bu qabiliyyət şəbəkə mərkəzli müharibələr üçün çox əhəmiyyətlidir. Burda məsələ Pakistanın fərdi silah sistemlərindən yox, Pakistanın ümumi hava müharibəsi sistemlərindən və onların Hindistan ilə müqayisəsindən gedir.Görünür ki, Pakistanın Çin və Türkiyə ilə apardığı PUA və şəbəkə mərkəzli müharibə texnologiyaları mübadiləsi Hindistanın ABŞ və İsrail ilə apardığı mübadilələrdən daha real və daha effektiv nəticələr ortaya qoyur.

P.S. Türkiyənin Koral hava müdafiə sistemlərinin də Pakistan hava sahəsinin müdafiəsinə inteqrasiya edildiyi ilə bağlı məlumatlar mövcuddur.


Politoloq Turab Rzayev
Qlobal.net
07.05.2025 15:02
show 576