657410480025d202312235919
Hicabı təbliğ edən məmurun intim videosu yayıldı - FOTO

İranın Gilan vilayətinin Mədəniyyət Nazirliyinin rəhbəri olan Rza Sekatinin (o həmçinin hicab taxmaq qaydalarına riayət olunmasına nəzarət edən məsul şəxsdir) internetə intim görüntüləri sızıb. 

Axar.az xəbər verir ki, bu barədə rusiyalı şərqşünas, yazıçı Mariya Kiça məlumat yayıb. 

Sosial şəbəkələrdə yayılan görüntülərdə Rza Sekatinin bir gənclə cinsi əlaqədə olduğu əks olunub.

Videodakı digər şəxsin kimliyi müəyyən edilməyib. 

Qeyd olunur ki, Mədəniyyət Nazirliyinin direktoru evlidir, üç qızı var. 

O, bir müddət əvvəl hicab satılan hipermarketin açılışında iştirak edib və insanları baş örtüyünə təşviq edən nitqlə çıxış edib. 

İran hakimiyyətinin aidiyyəti qurumları hələlik Rza Sekatinin videosuna heç bir şərh verməyib.

09.12.2023 10:55
show 653