637badf629a08202211225726
"Həzrəti Yusif"in Züleyxası həbs olundu - FOTOLAR

İranda iki məşhur aktrisa ölkədə davam edən etiraz aksiyalarına qoşularaq həmrəylik nümayiş etdirdikləri və açıq şəkildə hicablarını çıxardıqları üçün həbs ediliblər.

Qlobal.net IRNA agentliyinə istinadən xəbər verir ki, İranın məşhur iki aktrisası Henqame Qazinai və Ketayun Riahi sosial şəbəkələrdə "təxribat xarakterli" paylaşımlar etdikləri üçün prokurorluğa çağırıldıqdan sonra həbs olunublar.

Bir neçə gün bundan əvvəl Azərbaycan əsillli aktrisa Nazənin Bonyadi də İran rejminə etiraz etdiyi üçün həbs olunub.

Xatırladaq ki, Ketayun Riahi 2008-ci ildə İranda yayımlanan məşhur "Həzrəti Yusif" serialında Züleyxa obrazını canlandırıb. Teleserial Azərbaycanda "Space TV"də yayımlanıb. /bakupost.az/



21.11.2022 20:55
1131