Həzi Aslanov — Azərbaycanın İkinci Dünya Müharibəsində tanınmış hərbi xadimi, Sovet İttifaqı Qəhrəmanı adına iki dəfə layiq görülmüş yeganə azərbaycanlı general-mayordur.
Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində fəhlə ailəsində dünyaya gəlib. 13 yaşında atasını itirdikdən sonra ailəsinə dəstək olmaq üçün kərpic zavodunda işləməyə başlayıb. Eyni zamanda təhsilini davam etdirərək 1924-cü ildə savadsızlığın ləğvi üzrə üçaylıq gecə kursunu bitirib.
1929-cu ildə hərbi xidmətə başlayan Həzi Aslanov, Bakı və Leninqrad hərbi məktəblərində təhsil alaraq müxtəlif vəzifələrdə xidmət edib. İkinci Dünya Müharibəsi zamanı o, tank qoşunlarında xidmət göstərərək Stalinqrad döyüşü və "Baqration" əməliyyatı kimi mühüm hərbi əməliyyatlarda iştirak edib. Onun rəhbərliyi altında 35-ci Qvardiya Tank Briqadası düşmənə qarşı uğurlu əməliyyatlar həyata keçirib.
Həzi Aslanov 1942-ci ilin dekabrında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1991-ci ildə isə bu fəxri ada ikinci dəfə, ölümündən sonra layiq görülüb.
Həzi Aslanov 1945-ci il yanvarın 25-də Latviya ərazisində döyüş zamanı həlak olub. Onun xatirəsi Azərbaycanda əbədiləşdirilib: Bakıda metro stansiyası və küçələr onun adını daşıyır, heykəlləri ucaldılıb və məktəblərə onun adı verilib. ordu.az
Həzi Aslanovun həyatı və fəaliyyəti Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Onun göstərdiyi şücaət və vətənpərvərlik gələcək nəsillər üçün örnəkdir.
Fidan
Qlobal.net