6476eab4c2db6202305233532

Həyəcan siqnalı verildi: Azərbaycanda 3 kəndin sakinləri köçürüldü - VİDEO

Bu gün səhər saatlarında Biləsuvarda sel təhlükəsi ilə bağlı 3 kəndin sakinləri təxliyə olunub.

Qlobal.net Ölkə.Az-a istinadən xəbər verir ki, kəndlərə giriş-çıxışlar nəzarətə götürülüb. 

Cəlilabad-Biləsuvar yolu boyunca arxlar, kanalların yanına texnikalar və canlı qüvvə cəlb olunub.

Daha sonra 3 kənddən təxliyə olunan sakinlər evlərinə geri qaytarılıb. Sel təhlükəsinin tam qarşısını almaq üçün İranla sərhəddə ağır texnikalar işləyir.

Bolqarçayın İranla sərhəddə qismən daşması nəticəsində arıçılıq təsərrüfatlarına ziyan dəyib.

İranla sərhəddə Bolqarçaya sel gəlməsi ilə bağlı həyəcan siqnalı verilib.

Qeyd edək ki, İranla sərhəddən keçən Bolqarçaya sel gəlib. Çay ətrafında olan kəndlər üçün təhlükə yaranıb. Muğankənd, Amankənd və Yuxarı Ağalı kəndini əhalisi təxliyə olunub.

31.05.2023 10:34
show 620