668d682db9bb4202407244117
Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Zəfər Kuboku" keçiriləcək

20-21 iyulda Qusar Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək. 

Qlobal.net xəbər verir ki, İdman Araşdırmalar Mərkəzi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, "Avrora Group"un baş sponsorluğu ilə ardıcıl dördüncü dəfə baş tutacaq yarışa 6 komanda qatılacaq. 

Bunlar əvvəlki iki turnirin qalibi "Şuşa", son iki finalçı "Kəlbəcər, ilk turnirin qalibi "Zəngilan", jurnalist müharibə veteranlarından ibarət "Ağdərə", "Report" İnformasiya Agentliyinin kollektivindən təşkil olunmuş "Füzuli" və debütant "Laçın" kollektivləridir. 

Püşkatma mərasimi iyulun 12-də saat 10:00-da Bakının Dərnəgül qəsəbəsindəki Voleybol Mərkəzində baş tutacaq.

09.07.2024 18:39
show 94